Rusiyada son sutkada 566 nəfər pandemiyanın qurbanı olub

13 Yanvar 2021 13:27 (UTC+04:00)

Rusiyada son bir gündə daha 22 850 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 471 053 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 566 nəfər artaraq 63 370-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 854 088 nəfər sağalıb.