Millimizin futbolçularından yeni müqavilə

13 Yanvar 2021 12:45 (UTC+04:00)

Azərbaycan millisinin iki futbolçusu Rusiya karyerasını davam etdirəcək. SİA-nın məlumatına görə, qadınlardan ibarət Rusiya Super Liqasında mübarizə aparan "Yenisey" Diana Məmmədova və Alina Dorofoyeva ilə olan müqavilələri uzadıb.

Diana daha bir il indiki klubunda çıxış edəcək. Annanın anlaşması isə 2 il müddətinə uzadılıb.

Qeyd edək ki, bir müddət öncə “Zenit” yığmamızın digər üzvü Jalə Məhsimova ilə olan müqaviləsini daha 1 il müddətinə uzadıb.