Əməkdar artist Nahidə Orucova etdirdiyi plastik əməliyyatlardan danışıb. SİA-nın məlumatına görə, aktrisa bu haqda verilişlərin birində söz açıb: "Bildiyiniz kimi, dəfələrlə plastik əməliyyatlar etdirmişəm. Hər əməliyyatdan sonra həyata başqa gözlə baxıram. Yəqin psixologiyam dəyişir.
Onu da qeyd edim ki, insan əməliyyat olunacağını bilirsə, özünü daxildən hazır etməlidir".
