Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq

12 Yanvar 2021 21:12 (UTC+04:00)

Zəfər Günü iş günü hesab olunmayan bayram günü olacaq.

SİA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qanunun qəbulu Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Hər il noyabrın 8-i Zəfər Günü olacaq.