2021-ci il Formula 1 üzrə Azərbaycan Qran Prisinin təqvimi təsdiq edilib

12 Yanvar 2021 12:50 (UTC+04:00)

2021-ci il Formula 1 üzrə Azərbaycan Qran Prisi iyunun 4-6-da keçiriləcək.

SİA-nın məlumatına görə, bu barədə Formula 1-in yenilənmiş təqvimində deyilir.

Yeni mövsüm martın 28-də Bəhreyndə başlayacaq. Ümumilikdə mövsüm 23 mərhələdən ibarət olacaq və dekabrın 12-də Birləşmiş Ərəb Əmirliklərində başa çatacaq.