İngiltərə Premyer Liqasında daha 36 nəfər koronavirusa yoluxub

12 Yanvar 2021 03:05 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasında daha 36 nəfər koronavirusa yoluxub.

SİA xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 4-10 yanvar aralığında 1593 nəfərdən götürülən COVİD-19 testindən 36-nın nəticəsi pozitiv olub.

Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.