35 yaşlı hücumçu sevgilisinə maraqlı evlilik təklifi edib

9 Yanvar 2021 19:41 (UTC+04:00)
Çinin "Şandonq Lunen" komandasında çıxış edən Qratsiano Pelle maraqlı addımı ilə gündəmə gəlib. SİA xəbər verir ki, 35 yaşlı hücumçu sevgilisi Viki Varqaya Dubayda istirahət zamanı dünyanın ən yüksək binalarından birinin damına çıxaraq, evlilik təklifi edib. Oyunçu bu addımının qarşılığında hə cavabı alıb. Pelle macarıstanlı modellə 2016-cı ildən sevgilidir. Qeyd edək ki, Pelle karyerası ərzində "Feyenoord", "Sampdoriya", "Sauthempton", "Parma", AZ kimi komandalarda da çıxış edib.