Qazi və şəhid ailələrinə yardımlar davam etdirilir FOTOLAR

7 Yanvar 2021 10:40 (UTC+04:00)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi humanist və xeyirsevər fəaliyyətini davam etdirir. SİA-nın məlumatına görə, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarovanın təşəbbüsü ilə ittifaqın üzvü olan və Vətən müharibəsində iştirak edərək şəhid olmuş qəhrəman Vətən övladlarının ailələrinə yardımlar edilib.