İspaniyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri ötüb.
SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, İspaniyada koronavirusa yoluxanların sayı 2 024 904 nəfər təşkil edir. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 51 675 nəfər vəfat edib.