Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi İkinci Qarabağ müharibəsinin iştirakçısı Bahadur Zöhrablı ilə onlayn görüş təşkil edib. SİA-nın məlumatına görə, görüş zamanı Bahadur Zöhrablı keçdiyi döyüş yolundan, yaralı əsgər yoldaşlarından danışıb.
Bahadur Zöhrablı 1993-cü ilin avqustun 21-də İsmayıllı rayonu Qarakolluq kəndində anadan olub. İlk musiqi təhsilini İsmayıllı rayonunda alıb. 2008-ci ildə o, Şamaxı Humanitar Kollecinə (xalq çalğı alətləri orkestr rəhbəri və qarmon müəllimi ixtisasina) daxil olub. 2012-ci ildə hərbi xidmətə yollanan B.Zöhrablı 2014-cü ildə xidmətini layiqincə başa vurub. Bahadur İkinci Qarabağ döyüşlərinə könüllü olaraq qoşulub. O, ölkə prezidenti tərəfindən Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda döyüş medalları ilə təltif olunub.