Putin Qarabağda Çar planını işə salır...

5 Yanvar 2021 11:32 (UTC+04:00)

Azərbaycan üçün geridə qoyduğumuz 2020-ci il, bir tarixə sığmayacaq qədər dəyərli bir dövrdür. 2020-ci il bütün dünya üçün elə dəhşətli başladı ki, italyandan tutmuş iranlıya, fransızdan, ispandan, amerikalıdan tutmuş uzaq afrikalıya qədər hər kəs dünyanın sonunun gəldiyi barədə danışırdı. Gerçəkdən, dünya evə həbs olunacaq bir şok, uzaq Çində istehsal olunub dünyaya “hədiyyə” edilən, planeti dəhşətli xofa salan baktereoloji “epidemiya”nın əsirinə çevrilmişdi. Mənim Azərbaycanım nələr yaşamadı bu bir ildə. Evində həbs həyatı yaşayan, pandemiya xofundan başını itirən, psixologiyası və əsəbləri dar ağacına çəkilən cəmiyyətim....

Amma bizim üçün 2020-ci il, həm də hər bir azərbaycanlının Qarabağ sevdasının gerçək həyatda real olduğu tarixə çevrildi. Hər bir azərbaycanlı üçün Qarabağa dönməkdən böyük nə xəyal ola bilər ki?. O xəyalla 30 ilə yaxın hər gecə Allaha dua edən milyonlarla azərbaycanlı məhz elə bu pandemiyanın qılınc kimi kəsdiyi bir zamanda öz xəyalını gerçəyə çevirdi. Şuşa uğrunda döyüşdə erməni qatilləri ilə əlbayaxa, bıçaqla savaşaraq qələbə qazanan Azərbaycan əsgəri, sözün əsl mənasında tarix yazdı.

Çünki bu 30 ildə dünya güclərinin öz maraqları üçün daima Qafqazda siyasi fahişə rolunda oynatdıqları Ermənistanın, belə formada fiasko olacağını heç kəs xəyalına da gətirmirdi. Ermənilər, ümumiyyətlə bu cür ssenarini beyin hüceyrlərində acı röya kimi də yaxına buraxmazdılar. Amma bu baş verdi.

Təsəvvür edin ki, bütün Ermənistan cəmiyyəti erməni mifinin belə rəzil və biyabırçı şəkildə sabun köpüyünə çevrilməsinin şokundan hələ də ayılmayıb. Nikol Paşinyanı bir nömrəli düşmən edən ermənilər, indi onu istefaya yox, dar ağacına çəkmək üçün alışıb yanırlar.

Amma bu axmaq kütlə Ermənistanın bu günə düşməsinə görə neçə on illiklərdir ki, ermənilərin başının altına BOMBA kimi fəlakət yastığı qoyan, bu xalqın sonunu gətirən erməni daşnak ideologiyasının, xaricdə oturub erməniləri ölümə və səfalət dolu bədbəxt həyata sürükləyən okeanın o tayındakı erməni diasporunun üzünə tüpürməyi ağlına da gətirmir. Sanki Ermənistanı dar ağacına Levon Ter Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan yox, cəmi iki ildir hakimiyyətdə olan bu yekəqulaq N.Paşinyan təkbaşına sürükləyibmiş...

30 ildən çoxdur ki, məğlubedilməz erməni mifi məhz 2020-ci ildə məhv olub getdi. Bütün ermənilər isə buna görə həm də Rusiyaya, xüsusuilə Vladimir Putinə möhkəm nifrət edirlər. Niyə?, hə onları “satdıqı” üçün. Daha doğrusu ermənilər V.Putinin onları meydanda tək buraxdığını, hər şeyin də onun “başının altından çıxdığını” idda edirlər.

Amma əslində rusların Xankəndiyə daşıdıqları yüzlərlə ermənini görəndən sonra bu sarsaq etməni cəmiyyəti gərək V.Putinin ayaqlarına sarılıb öpələr. Onları xilas edib yenidən Qarabağa qaytardığı üçün. V.Putin erməniləri satıbmı?, məncə qətiyyən. Gələk elə əsas bu məsələnin üstünə.

Kreml sahibi oyun qaydalarını zərgər dəqiqiliyi ilə seçib. Qızmar yay cırhacırında qəfil erməni hücumundan, dəyərli general Polad Həşimovun öldürülməsindən, N.Paşinyanın azərbaycanlıların milli hisslərini təhqir edən hərəkətlərindən hiddətlənən on minlərlə azərbaycanlının Bakı küçələrini lərzəyə gətirən hayqırtısını hər halda Kremldə V.Putin eşitməmiş olmazdı. Artıq bundan o yana yol yox idi. V.Putin bunu əla bilirdi. Ya bölgədə proseslər Moskvanın heç vaxt arzulamadığı xaotik hal alacaqdı, ya da ən düzgün yol kimi erməni cəmiyyətinin tumanını başına keçirib hay-küy salmasına fikir vermədən torpaqların çoxunu sahiblərinə qaytarmaqla, Moskvanı yenidən işin içində tutmaq yolu seçiləcəkdi. V.Putin sözsüz ki, ikinci yolu seçməklə, həm də bölgəyə qərbdəkilərin əl uzatmasına imkan vermədi. Ən əsası da atəşkəs prosesinin Moskvanın nəzarətində reallaşdırılması ilə V.Putin bu bölgədə oyun qaydalarını məhz Moskvanın müəyyənləşdirdiyini elan etdi. Sanki zərgər dəqiqliyi ilə hesablanmış ssenari qurmuşdu balacaboy “rejisssor”...

Sözsüz ki, Qarabağ məsələsində Kremlin, V. Putinin təsiri inkarsızdır. Çünki azca da olsa, siyasətdən və tarixdən anlayışı olan hər kəs əla bilir ki, Moskvanın dəstəyi və “hə”si olmadan nəyəsə nail olmaq mümkünsüzdür. Yalnız boşboğaz, ağıldan dayaz və real siyasətdən milyon kilometrlər uzaq olan “fikir sahibləri” V.Putini və Rusiyanı ikinci plana atmaqla yeni amerika “kəşf edə” bilərlər...

Bəs V.Putin Qarabağdakı prosesin sonunu necə hesablayıb?. Sual olduqca aktualdır, amma cavabsızdır. Bəlkə də bu sual on illər boyu elə beləcə qaranlıq qalacaq. Çünki Rusiyanın Qarabağla baqlı yeni planı, yəqin uzun on illiklərə hesablanıb. Amma görünən odur ki, artıq Rusiya sülhməramlıları Xankəndində özlərini öz evlərindəki kimi hiss edirlər. Moskvadan vaqon-vaqon təmir-tikinti ləvazimatları Xankəndinə daşınır, ermənilər üçün evlər tikilir, rusiyalı mütəxəssislər erməni məktəblərində təlim keçir, xəstəxanalarda işlər görürlər. Nə baş verir əziz Vladimir Vladimiroviç?. Bu sülhməramlıların missiyasına daxil deyil axı. Axı bura Krasnodar, Vladivastok deyil, bura Qarabağdır. Beynəlxalq hüquqda Azərbaycanın tərkib hissəsi olan bir vilayətdir.

Yoxsa V.Putinin dediyi kimi, Rusiya Qarabağı SSRİ vaxtındakı vəziyyətəmi qaytarır?. Nəinki Xankəndində, eləcə də ətraf yaşayış yerlərində ermənilərin də məskunlaşması və səs sahibi olması planı. Belədirsə, demək əsl 1988-ci ilə qədərki vəziyyət geri qaytarılır. Ordan 1988-ci ilin fevralına isə, bir addımlıq zaman məsafəsi qalır...

Yenə də Çar Rusiyasının neçə yüz əvvəlki siyasəti Qarabağda dirçəlməyə başlayıb. Qarabağ Rusiyanın nəzarətində qalır, proseslər sürünür, ermənilər yenə burda evlərindəki kimi yaşayır, amma hər şey Rusiyanın nəzarəti altında qalır. Bundan əvvəl olduğu kimi. Çünki vaxtı gələndə onlardan yenə azərbaycanlılara qarşı qanlı genosidlər üçün istifadə ediləcək. Bax, Çar ölüb, amma yenə Qarabağda yaşayır..

Mətləb Salahov