9 noyabrda vurulan helikopterlə bağlı ilkin istintaq başa çatıb

5 Yanvar 2021 09:58 (UTC+04:00)

9 noyabr tarixində Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən Ermənistan istiqamətində yanlışlıqla zərərsizləşdirilən Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 tipli hərbi helikopterlə bağlı ilkin istintaq başa çatıb. SİA-nın məlumatına görə, 2 nəfərin öldüyü, 1 nəfərin yaralandığı qəza səbəbilə Rusiya Cinayət Məcəlləsinin 351-ci maddəsi əsasında məhkəmə prosesinin başladılmasına qərar verilib.

Qeyd edək ki, olaydan sonra Azərbaycan Rusiyadan üzr istəmiş və kompensasiya ödəməyə hazır olduğunu bildirmişdi. Hadisə iki ölkə arasında diplomatik yolla həll olunmuşdu.