Bəyləqanda mikroavtobus dərəyə aşıb, ölən var

4 Yanvar 2021 01:13 (UTC+04:00)

Beyləqan rayonunun İkinci Aşıqlı kəndində “Mercedes” markalı mikroavtobusun dərəyə aşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.