“Amfibiya adam” vəfat edib

2 Yanvar 2021 18:14 (UTC+04:00)

Rusiya və keçmiş SSRİ-nin məşhur aktyoru Vladimir Korenev 81 yaşında vəfat edib. SİA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Stanislavski adına Elektroteatrın direktoru İrina Zolina bildirib.

Qeyd edək ki, V.Korenev "Amfibiya adam" filmində baş rolu canlandırıb. Filmin bəzi səhnələri Bakıda çəkilib.