"WhatsApp" istifadəçiləri bir gündə edilən zəng sayına görə rekord vurublar

2 Yanvar 2021 05:24 (UTC+04:00)

"WhatsApp" messencer istifadəçiləri Yeni il ərəfəsində dünyada 1,4 milyarddan çox səsli və video zənglər ediblər. Bununla bir gündə ən çox zəng sayına görə rekord qeyd alınıb.

SIA-nın məlumatına görə, bu barədə "Facebook" şirkətinin press-relizində deyilib.

Qeyd olunub ki, Yeni il ərəfəsində dünyada 1,4 milyarddan çox səsli və video zənglər ediliv, bu da "WhatsApp"da bir gündə ən yüksək göstəricidir:

"Zənglərin sayı keçən ilin eyni gününə nisbətən 50 faizdən çox artıb".