ABŞ tarixində ən çox silsilə qətllər törətməsi ilə tanınan qatı cinayətkar Samuel Littl çərşənbə günü Kaliforniyada 80 yaşında ölüb.
SİA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi cəzaların icrası məsələləri üzrə idarənin nümayəndələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Littl şəkərli diabet xəstəsi olub, onun ürək problemləri də var idi. Bununla belə, onun ölümünün dəqiq səbəbi araşdırılır.