Erməni terrorçusu haqqında ilginc faktlar
Quldur “dqr” rejiminin başçısı Araik Arutunyan tərəfindən “təhlükəsizlik şurasına” təyin olunmuş yeni “rəhbəri”, birinci Qarabağ müharibəsi zamanı azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilən Vitali Balasanyanın 90-cı illərə aid videosu mövcuddur. SİA-nın əldə etdiyi videomateriala görə, Vitali Balasanyan BMT missiyasının nəzarəti altında Azərbaycan tərəfi ilə əsirlərin və meyitlərin dəyişdirilməsi ilə bağlı görüşdə Milli Qəhrəmanımız Allahverdi Bağırovla birlikdə yer alıb.
Balasanyan 2016-cı ildə baş verən Aprel döyüşlərində də yaxından iştirak edib
Xatırladaq ki, Balasanyan Dağlıq Qrabağdakı seperatçı rejimin keçmiş rəhbəri Bako Saakyan tərəfindən qondarma rejimin "Təhlükəsizlik Şurasının" rəhbəri vəzifəsindən azad olunub. Qeyd etdiyimiz kimi, bu şəxs yenidən Araik Arutunyan tərəfindən sözügedən “vəzifəyə” təyin edilib.
Daha bir xatırlatma edərək diqqətə çatdıraq ki, Vitali Balasanyan 1990-cı illərin əvvəlində Əsgəran rayonunda yaradılan "özünümüdafiə qüvvələrinin" komandiri olması ilə yanaşı, həm də quldur rejiminə “müdafiə nazirliyi” edib. Balasanyan 2016-cı ildə baş verən Aprel döyüşlərində də yaxından iştirak edib. O, əvvəlki "prezident" Bako Saakyanın rəqibi olub və 32,5% səs toplayıb.
Mointe Melkonyanı Vitali Balasanyan qətlə yetirib?
Vitali Balasanyanın adı daha iki böyük qalmaqlada hallanıb. Bunlardan biri də onun ötən əsrin 90-cı illərinin əvvəllərində digər erməni terrorçusu Monte Mekonyanı qətlə yetirdiyi bildirilir. Bu iddianı “dqr”in sabiq “müdafiə naziri” Samvel Babayan irəl sürmüşdü.
İkinci qalmaqal isə Paşinyanın sonuncu başəbəlalı Şuşa səfəri zamanı yaşanıb. Jurnalistlər Vitali Balasanyandan son günlər cəbhədə baş verən atışmalar barədə soruşublar. Balasanyan isə Prezident İlham Əliyevlə Paşinyanın görüşünə işarə edərək "gedin onu "lift danışıqlarının" aparıcısı Paşinyandan soruşun", - deyib.
Daha bir maraqlı xatırlatma budur ki, bir neçə il əvvəl Ermənistan mətbuatına verdiyi açıqlamasında Vitali Balasanyan bildirmişdi ki, o Azərbaycanın Milli Qəhərəmanı Allahverdi Bağırovla yaxşı münasibətlərdə olub. Onun iddiasına görə, mərhum Milli Qəhərəmanımızın işğal altında olan Ağdam rayonu ərazisindəki məzarını da dağıdılmaqdan o qoruyub. Lakin onun yalanı sonradan üzə çıxıb. Ağdam işğaldan azad edildikdən sonra Allahverdi Bağırovun məzarı demək olar ki, dağıdılıb və erməni vandalizminə məruz qalıb.
Qeyd edək ki, bugünlərdə yenidən “vəzifəyə” yiyələnmiş Balasanyan “arsaxı” Rusiyanın və Ermənistanın yardımı ilə geri qaytaracaqlarını bildirib, üləcə də bir sıra səsli-küylü qərarlar irəli sürməklə özünü gündəmə qaytarıb.
1990-cı illərdə onun Allahverdi Bağırovla birgə BMT missiyasının nəzarəti altında əsirlərin və meyitlərin dəyişdirilməsi videosuna linkə toxunmaqla, həmçinin Quarkod vasitəsi ilə baxa bilərsiniz.
Rövşən RƏSULOV