İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi təsdiq edilib - RƏSMİ

29 Dekabr 2020 11:39 (UTC+04:00)

İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi təsdiq edilib.

SİA-nın məlumatına görə, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsinin gəlirləri 157 769 146,0 manat, xərcləri 157 769 146,0 manat məbləğində təklif edilib.

Təklif səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.