“Paşinyan dərhal həbsi olunmalıdır” “Vahid Ermənistan”

28 Dekabr 2020 14:06 (UTC+04:00)

"Gündəmimiz eyni olub, belə də olacaq və dövlətə xəyanət etmiş Paşinyanın dərhal həbsini tələb edirik". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu "Vahid Ermənistan" partiyası bəyan edib.

Məlumatda qeyd olunur ki, "Vahid Ermənistan" partiyası bu barədə bəyanat yayıb. Həmin bəyənatın mətnini oxuculara təqdim edirik: “Qanuni hakimiyyət, qanunun aliliyi və hamının qanun qarşısında bərabərliyi prinsiplərinə sadiq qalaraq "Vahid Ermənistan" bu qənaətə gəldi:
1. Ermənistanda dövlətə xəyanət nəticəsində yaranan ən dərin siyasi böhran yalnız qanuni yollarla aradan qaldırıla bilər;
2. Ermənistan Respublikası Cinayət Məcəlləsinin 299-cu maddəsi ilə açıq-aşkar cinayət törətmiş şəxs və ya şəxslər Ermənistan Respublikasının qanunvericiliyinə və qüvvədə olan hərbi vəziyyət qaydalarına uyğun olaraq son dərəcə ciddi şəkildə mühakimə olunmalıdırlar.
3. Aşkar şəkildə dövlətə xəyanət etmiş şəxs dərhal həbs olunaraq ədalət məhkəməsi qarşısında mühakimə olunmalıdır.
4. Nikol Paşinyan nə üfüqi, nə də şaquli bir legitimliyə malik olmadığı üçün heç bir daxili və xarici siyasət tərtib edə və həyata keçirə bilməz.

Yuxarıda göstərilənləri nəzərə alaraq "Vahid Ermənistan" partiyası Nikol Paşinyan tərəfindən təklif olunan erkən parlament seçkilərinin gündəliyini qəbuledilməz sayır və onunla istənilən formatda məsləhətləşmələrin aparılmasını istisna edir.

Gündəmimiz eyni olub, belə də olacaq və dövlətə xəyanət maddəsi ilə ittiham olunaraq, səlahiyyətlərinə xitam verilərək Paşinyan dərhal həbs olunsun."

Xatırladaq ki, belə bir bəyanatla “Vahid Ermənistan” partiyası çıxış edib və tələbinin də dəyişməz olaraq qaldığı bəlli olur. Göründüyü kimi Ermənistanda bütün siyasi qüvvələr hələ də özünü ölkənin baş naziri hesab edən Nikol Paşinyana qarşıdır və israrla onun istefasını tələb edir və hətta həbsi barədə də tələblər irəli sürülür.