Fransa millisinin keçmiş baş məşqçisi 10 ildən sonra məşqçiliyə qayıdıb

27 Dekabr 2020 03:13 (UTC+04:00)

Fransanın “Nant” klubunun yeni baş məşqçisi müəyyənləşib.

SİA klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisini Raymon Domenek çalışdıracaq.

68 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb.

Domenekin son iş yeri 2004-2010-cu illərdə rəhbərlik etdiyi Fransa millisi olub. Komanda onun başçılığı ilə "DÇ-2006"nın gümüş mükafatına sahib olub.

Qeyd edək ki, “Nant” Fransa çempionatındakı son 8 oyununda qələbə qazana bilməyib. Komanda 17 turdan 15 xalla 16-cı pillədə qərarlaşıb.