Yaponiya hökuməti dünyanın bütün ölkələrindən ölkəyə girişə qadağa tətbiq edib

27 Dekabr 2020 06:42 (UTC+04:00)

Yaponiya hökuməti dünyanın bütün ölkələrindən və regionlarından müvəqqəti olaraq ölkəyə girişə qadağa tətbiq edib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə dekabrın 26-da hökumət tərəfindən yayılan bəyanatda bildirilib.

Sənəddə deyilir: "Məhdudiyyət bir sıra ölkələrdə koronavirusun yeni ştammının müəyyən edilməsi ilə bağlı fasiləsiz qaydada həyata keçirilən tədbirlərə uyğun olaraq tətbiq edilir". Qeyd edilir ki, həmin tədbir dekabrın 28-dən gələn il yanvarın sonunadək qüvvədə olacaq.

Bildrilir ki, ölkəyə qayıdan yaponlar və Yaponiya ərazisində uzun müddət yaşamaq hüququna malik olan əcnəbilər istisna təşkil edəcək.