Sevdiyi tələbəsini qətlə yetirən müəllim 12 il yarım müddətinə azadlıqdan məhrum edib

26 Dekabr 2020 08:44 (UTC+04:00)

Rusiya Məhkəməsi Napoleonun döyüş səhnələrinin tədqiqatı ilə məşhurlaşan 64 yaşlı tarixçi Oleq Sokolovu sevdiyi tələbəni doğrayaraq qətlə yetirdiyinə görə 12 il yarım müddətinə azadlıqdan məhrum edib.

SİA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Sokolov Sankt-Peterburq Dövlət Universitetinin professoru olub.

Qeyd edək ki, keçən ilin noyabr ayında çaya atılmış çantada 24 yaşlı aspirant Anastasiya Yeşçenkonun hissələrə bölünmüş cəsədi tapılıb.