Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi təsdiq edildi - RƏSMİ

25 Dekabr 2020 16:39 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi müzakirə edilib.

SİA-nın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin gəlirləri 5 146 030 160,0 manat, xərcləri 5146030160,0 manat məbləğində təklif edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq birinci oxunuşda qəbul edilib.