Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan konfrans keçiriləcək

25 Dekabr 2020 10:40 (UTC+04:00)

2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olub.

SİA-nın məlumatına görə, bununla əlaqədar “UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı” çərçivəsində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə dekabrın 25-də “Azərbaycanın ədəbi, mədəni və ictimai-siyasi həyatının fədaisi: Əbdürrəhim bəy Haqverdiyev 150” mövzusunda onlayn konfrans keçiriləcək.

Konfrans Mədəniyyət Nazirliyinin rəsmi “YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq: http://bit.ly/2Kxm1rk