Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 254 nəfər ölüb.
SİA xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti toplantısından sonrakı çıxışında belə deyib.
Nazir bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 18 102 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Bu gün sağalan xəstə sayı 33 985, ağır xəstə sayı isə 4805 nəfər olub.