Ukraynada koronavirusa yoluxanların sayı bir milyonu ötdü

24 Dekabr 2020 13:55 (UTC+04:00)

Ukraynada son sutkada 11 490 nəfər COVID-19-a yoluxub. SİA-nın xəbərinə görə, bunu Ukraynanın Səhiyyə Nazirliyi açıqlayıb. Bildirilib ki, yoluxanların 488-i uşaq, 445-i isə tibb işçisidir. Məlumata görə, son sutkada 223 nəfər COVID-19-dan ölüb. Bununla da qeydə alınmış yoluxma hallarının ümumi sayı 1 001 132 nəfərə, pandemiya qurbanlarının sayı isə 17 395-ə yüksəlib. 631 435 pasiyentin sağaldığı vurğulanıb.