Keçmiş məhkum başqasının bank hesabından pul oğurladı

24 Dekabr 2020 13:41 (UTC+04:00)

Bir vətəndaşın bank hesabından 279 manat pul, digərinin isə velosipedini oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini R.Abdullayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədovun bank hesabından 279 manat pul, S.Mustafayevin isə velosipedini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.Abdullayev saxlanılıb.