Valyuta tələbatının yüksək olması səbəbindən noyabr ayında dollar məzənnəsi artdı və bu səbəbdən yanacaq da daxil olmaqla idxal olunan mallar bahalaşmağa başlayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistanda benzin və maye qazın qiyməti bahalaşıb.
Eyni zamanda, yanacaqdoldurma məntəqələrində benzinin qiymətinin bir neçə faiz bahalaşdığı bildirilir məlumatda. İndi "normal" benzinin yanacaqdoldurma məntəqələrində litri 360-370 dram, 70 sentdən bir qədər artıq qiymətə olub. Maye qaz da bahalaşıb və onun da qiyməti benzinlə əlaqələndirilir.
Bəzi taksi sürücüləri artıq fürsətdən istifadə edərək, müştərilərindən ikiqat qiymət tələb edirlər. Çox güman ki, ən yaxın zamanda digər tələbat mallarının, məhsulların da qiyməti qalxacaq.