Azərbaycanın Qarabağ bölgəsi öz tarixi, zəngin maddi mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti, eləcə də xalq adət və ənənələri ilə fərqlənir. Bütün bunlar isə bədii təfəkkür və yaradıcılığa müsbət təsir göstərən bölgənin istedadlı insanlarının, əsrarəngiz təbiətinin, iqliminin, təbii sərvətlərinin zənginliyinin nəticəsidir. Qarabağlıların zəngin yaradıcılıq xəzinəsində ən mühüm yerlərdən birini orada yaşayan insanların həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan adət və ənənələri tutur.
SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyi Azərbaycanın Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən azad edilən Qarabağımızın təkcə abidələri və mədəniyyət infrastrukturunu deyil, eyni zamanda tarixən bu torpaqlarda mövcud olan mədəni ruhu və əhval-ruhiyyəni bərpa etmək məqsədilə “Yurda Qayıdış Qarabağ adətləri - ənənələri” layihəsinə start verir.
Bu məqsədlə Nazirlik Qarabağda yaşayan insanlarımızın milli köklərə söykənən dəyərli həyat tərzini yenidən canlandırmaq üçün tarixən bu torpaqlarımızda mövcud olan adət və ənənələr barədə ətraflı məlumatı (yazılı məlumat, xatirələr, foto və video materiallar) aşağıdakı email ünvanlarına (“mövzu” hissəsində layihənin adını qeyd etməklə) və ya nazirliyin rəsmi sosial media hesablarına təqdim edə bilərsiniz: