Zərərçəkənlərin ailə üzvlərinə heç bir sosial yardım verilmədi. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri qondarma rejimin İnsan Hüquqları Müdafiəçisi (Ombudsman) Artak Beqlaryan yazıb.
“İndi mülki əhali barədə xüsusi hesabat hazırlayırıq, açıq versiyasında bütün əsas fərdi məlumatlar, hadisələrin qısa təsvirləri və qapalı versiyada çox sayda ölüm və ölümündən sonra fotoşəkillər yer alacaqdır. Hesabatı sabah dərc edəcəyik və sabah bəzi araşdırma fəaliyyətlərimizin xülasəsi olaraq daha iki hesabatımız da olacaq.
Bu kontekstdə xüsusilə vurğulamaq istərdim ki, Ermənistan Respublikası qanunvericilik dəyişikliklərini dərhal həyata keçirməli və mülki qurbanlara və onların ailələrinə xüsusi bir status verməlidir.
Bu günə qədər mülki qurbanların ailələri heç bir sosial yardım proqramından faydalanmayıb, eyni zamanda bir çoxu vəzifələrini yerinə yetirərkən qurbana çevriliblər”, deyə qondarma rejimin ombudsmanı Artak Beqlaryan bildirib.