Azərbaycanlılara işgəncə verən erməni əsir Bakıda HƏBS OLUNDU

22 Dekabr 2020 17:53 (UTC+04:00)

Azərbaycanlı əsirlərə işgəncə verən Ermənistan vətəndaşı Mkrtçyan Lüdviq Mkrtçoviç həbs edilib. SİA-nın verdiyi xəbərə görə, onun barəsində Hərbi prokurorluğun verdiyi təqdimata Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılıb.

Hakimin qərarı ilə Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinən L.Mkrtyçyan barəsində həbs qətimkan tədbiri seçilib.