Səfurə İbrahimova "Qurd qapısı"nda dəfn olunacaq

22 Dekabr 2020 13:06 (UTC+04:00)

Ötən gün vəfat edən Xalq artisti Səfurə İbrahimova bu gün dəfn ediləcək. SİA-nın məlumatına görə, aktrisa “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq. Saat 15:00-da reallaşacaq dəfn mərasimində sərt karantin rejiminin qaydalarına əməl olunacaq, az sayda insan iştirak edəcək.

Qeyd edək ki, S. İbrahimova ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.