Türkiyə Böyük Britaniya, Danimarka, Niderland və Cənubi Afrika Respublikasından uçuşları müvəqqəti dayandırıb.
SİA-nın məlumaıtna görə, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Onun sözlərinə görə, uçuşlar koronavirusun yeni aşkarlanan mutasiyası səbəbindən dayandırılıb: "Bildirilirdi ki, koronavirus mutasiyasından sonra Böyük Britaniyada onun yayılma sürəti artıb. Prezidentin tapşırığı və Nəqliyyat və İnfrastruktur Nazirliyinin koordinasiyası ilə Böyük Britaniya, Danimarka, Niderland və Cənubi Afrika Respublikasından uçuşların müvəqqəti dayandırılması barədə qərar qəbul edilib".