27 sentyabr Anım Günü kimi təqvimə salınacaq - RƏSMİ

18 Dekabr 2020 11:52 (UTC+04:00)

27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq. SİA-nın məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir.

Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü - Azərbaycan Respublikasında Anım Günüdür.

Məsələ Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.