Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan xalqının vətənsevərliyini, dəmir iradəsini və yenilməzliyini nümayiş etdirən videoçarx hazırlanıb.
SİA-nın məlumatına görə, videoçarxda xalqımızın döyüş əzmindən, qədim yurd yerimiz olan Qarabağ uğrunda apardığı müharibədə qazandığı uğurlardan və “Xarı bülbül” sevgisindən söhbət açılır.