Dünyanın bir sıra nüfuzlu xəbər portalları – Misirin “Nile 1”, “Alwasela”, Fələstinin “Al-Bayader”, Əlcəzairin “Dzayerinfo”, Çinin “Alharir” saytları Dövlət Tərcümə Mərkəzinin müxtəlif dillərdə hazırladığı “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” yazısını səhifələrində təqdim edib.
Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müxtəlif illərdə söylədiyi fikirlər əsasında hazırlanmış yazıda Azərbaycan Silahlı Qüvvələrinin tarixindən, formalaşmasından, Ordumuzun keçdiyi çətin və şərəfli yoldan bəhs edilir.