Liviyanın neft naziri ölkədən qaçdı

19 May 2011 10:23 (UTC+04:00)

Liviya hökumətinin daha bir yüksək rütbəli rəsmisi ölkədən qaçıb. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Liviyanın neft naziri və Milli Neft Şirkətinin rəhbəri Şukri Qanem avtomobillə qonşu Tunis ərazisinə keçib.


Qeyd edək ki, Liviya hökumətinin ən tanınan nümayəndələrindən biri olan neft nazirindən əvvəl xarici işlər, daxili işlər, ədliyyə nazirləri və BMT Baş Assambleyasının keçmiş prezidenti də Qəddafi rejiminə etimadsızlıq nümayiş etdirib.