Tanınmış ingilis yazıçısı 89 yaşında vəfat edib

14 Dekabr 2020 08:48 (UTC+04:00)

Tanınmış ingilis yazıçısı Con le Karre 89 yaşında vəfat edib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur dedektiv romanların müəllifi daha çox Devid Karnuell adı ilə tanınırdı.

Vaxtilə kəşfiyyat İdarəsində işləmiş C.Karre 4 oğul atası idi.

Onun onlarla dilə tərcümə edilmiş 25 kitabı çap edilib. "Rus Evi", "Casus, rədd ol!", "Soyuqdan gələn casus" onun ən məşhur əsərlərindəndir.