Rusiyanın Xalq artisti, məşhur teatr və kino aktyoru, rejissor Valentin Qaft dekabrın 12-də vəfat edib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son illər Moskvanın “Sovremennik” teatrının aktyoru olmuş Valentin Qaft 85 yaşında insultdan dünyasını dəyişib.
Aktyorla vida mərasimi dekabrın 15-də keçiriləcək. O, Moskvada yerləşən Troyekurov qəbiristanlığında dəfn ediləcək.
Valentin Qaft 2019-cu ilin yayında insult keçirmişdi.
Qeyd edək ki, V.Qaft kinoda "Dante küçəsində qətl"lə tanınıb. O, eyni zamanda "Qaraj", "Master və Marqarita", "Sehrbazlar" kimi ekran işlərində rol alıb.