Qarşıdurma nəticəsində 14 nəfər həlak olub

19 May 2011 09:46 (UTC+04:00)

Somalinin paytaxtı Moqadişoda islamçı silahlıları və Afrika İttifaqının sülhməramlıları arasında atışma baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 14 nəfər sakin həlak olub. Həlak olanlardan biri uşaqdır.

Qeyd edək ki, İslamçı "Əş-Şəbab" qruplaşmasının üzvləri ilə hərbçilər arasında qarşıdurma şəhərin ən iri Bakara bazarında baş verib.