Dünyanın ən iri kompüter istehsalçısının mənfəəti 2.7 dəfə artıb

19 May 2011 09:42 (UTC+04:00)

Dünyanın ən iri kompüter istehsalçılarından biri olan ABŞ-ın Dell şirkətinin 9 aprel 2011-ci il tarixində bitmiş 2011-2012 maliyyə ilinin birinci rübündə təmiz mənfəəti ötən maliyyə ilinin müvafiq göstəriciləri ilə müqayisədə 2,7 dəfə artaraq 945 milyon ABŞ dolları təşkil edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ötən il bu göstərici 341 milyon ABŞ dollar təşkil edib.

Hesabat dövrü ərzində istehsalçının mədaxili bir il ərzində 14,9 milyard dollardan bir faiz artaraq 15,02 milyard dollar olub.

Qeyd edək ki şirkət 1984-cü ildə ABŞ-ın Texas ştatında yaradılıb. Dell personal kompüter, noutbuk, server, məlumat saxlanılma qurğuları, şəbəkə avadanlıqları və digər aparat təminatının işlənib hazırlanması, istehsalı, satışı və xidməti ilə məşğuldur.