Türkiyə Milli Müdafiə Nazirliyi Bakıdakı Zəfər paradı ilə bağlı paylaşım edib. SİA-nın məlumatına görə, nazirliyin rəsmi tvitter səhifəsindəki paylaşımda deyilir:
"Tək Vətən Hərəkatını uğurla icra edən və Qarabağda böyük zəfər əldə edən azərbaycanlı qardaşlarımızı təbrik edir, Bakıdakı paradda yürüyəcək qəhrəman ordularımızın əsgərlərini qururla salamlayırıq. 2783 şəhidimizə Allahdan rəhmət diləyirik".