Daha bir qəhrəman əgərimizdən danışmaq istəyirəm. Əzizov Qüdrət Bəhruz oğlu. Qüdrət 19 iyun 1997-ci ildə Göyçay şəhərinin Bığır kəndində dünyaya göz açıb. Ailənin 3 övladından ilki olan Qüdrət 2014-cü ildə hərbi xidmətə yola düşüb. Manqa kamandiri olub.
Sentyabrın 27-si Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata cavab olaraq Azərbaycanın başlatdığı əks-hücum əməliyyatını eşidən Qüdrət sentyabr ayının 29-u könüllü olaraq döyüşə yollanır.
Qüdrət Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd və Horadiz istiqamətində gedən döyüşlərdə şücaətlə döyüşür. Döyüşdə göstərdiyi qəhramanlıqlara görə, ona gizir rütbəsi verilir.
Şuşa əməliyyatında komandir icazə verməsə də, xüsusi kəşfiyyat qrupunda könüllü olaraq döyüşdə iştirak edir və bu Qüdrətin sonuncu döyüşü olur. Qüdrət Şuşa uğrunda gedən döyüşlərdə qəhramancasına həlak olaraq Şəhidlik Zirvəsinə ucalır.
Qeyd edək ki, Şəhidimiz Qüdrətin bacısı xərçəng xəstəliyindən əziyyət çəkir.
Allah Şəhidimizə Rəhmət Etsin! Ailəsinə Səbr Versin! Vətən SAĞ OLSUN!



