Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsindən növbəti humanist addım

7 Dekabr 2020 13:45 (UTC+04:00)

Dekabr 7-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Vətən müharibəsində iştirak edən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgər və zabitlərinin müəlicəsi üçün Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzinə müxtəlif tibbi ləvazimatlar təqdim olunub.

Bu barədə SİA-ya Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsindən bildirilib.