Ağdam teatrının qarşısındakı məşhur heykəl bu hala salınıb - FOTO

6 Dekabr 2020 22:31 (UTC+04:00)
Ağdamda bir dənə də olsun salamat bina qalmayıb. SİA-nın məlumatına görə, məşhur fotojurnalist Reza Deqati növbəti dəfə işğaldan azad olunmuş Ağdamdan görüntülər paylaşıb. Ağdamı 21-ci əsrin Xirosiması adlandıran fotoqraf Ağdam Dövlət Dram Teatrının qarşısında yerləşən fəvvarənin içində olan Fərhadın külünglə heykəlini taparaq fotolarını çəkib: "Həmin heykəli teatrdan bir kilometr uzaqlıqda tapdım, heykəl parçalanıb, baş hissəsini tapa bilmədim" deyə fotoqraf qeyd edib.