"Oyun” teatrı da müharibə mövzusuna müraciət edib

5 Dekabr 2020 16:50 (UTC+04:00)

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı vətənpərvərlik ruhlu repertuar siyasətini daha mütəşəkkil davam etdirir. Teatrın quruluşçu rejissoru Anar Məmmədov azyaşlılara bu duyğuların çox həssaslıqla, həm də anlayacaqları dildə çatdırılmasının vacib olduğunu bildirib.

SİA-nın məlumatına görə, teatrın nəzdindəki sağlamlıq imkanları məhdud həvəskarlardan ibarət "Oyun" teatrı da müharibə mövzusuna müraciət edib. Bədii rəhbər Səidə Haqverdiyeva müharibənin qadın talelərinə təsirindən bəhs edən "Köhnə çamadanlar" adlı dramatik nümunə hazırladıqlarını deyir. Film-tamaşa estetikasındakı nümunə 6 qadının müharibə yaşantılarını ön plana çıxaracaq. Hazırda ilkin məşqləri bitmək üzrə olan tamaşa lentə alınaraq televiziya kanalları və sosial mediada nümayiş olunacaq.