“Təbəssümün 44 anı” adlı tamaşa hazırlanacaq

5 Dekabr 2020 17:20 (UTC+04:00)

Bakı Uşaq və Gənclər Teatrı Qarabağ zəfəri şərəfinə "Bir kərə yüksələn bayraq", "Mən Azərbaycana xidmət edirəm" və "Millət şərqisi" videoçarxlarını hazırlayıb.

SİA-nın məlumatına görə, Xurşidbanu Natəvana həsr olunmuş "Əziz Şuşa" və məktəblilərin vətənpərvərlik ruhunun yüksəldilməsinə həsr olunmuş "Sən də general ola bilərsən" videoçarxları üzərində də iş gedir.

Eyni zamanda, həm ön, həm də arxa cəbhədə insanların yumor hissinə hesablanmış, şərti adı "Təbəssümün 44 anı" olan tamaşa hazırlanacaq.