"Ermənistanda matəm o vaxt olacaq ki,.." Nikol Paşinyan

5 Dekabr 2020 14:34 (UTC+04:00)

"Ermənistanda matəm bütün ölənlərin cəsədləri tapıldıqldan və müəyyənləşsirildikdən, tanındıqdan sonra elan olunacaq". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, şənbə günü xalqa video müraciəti zamanı söyləyib.

Baş nazir qeyd edib ki, Dağlıq Qarabağdakı döyüş əməliyyatları zamanı həlak olan erməni hərbçilərinin cəsədlərinin müəyyənləşdirilməsi prosesi davam edir. O, həmçinin bildirib ki, ölən hərbçilərin cəsədlərinin çoxunun şəxsiyyəti müəyyən edildikdən sonra matəm elan edilməsi barədə danışmağın daha doğru olacağını düşünür.

“Bu, birlikdə keçməli olduğumuz məğlubiyyətin, məğlubiyyət əhval-ruhiyyəsinin və yasın təsirindəyik. Düşüncələrimiz keçmiş və gələcək haqqında olmalıdır. Amma gələcək haqqında daha çox olmalıdır”, deyə Paşinyan söyləyib.

Xatırladaq ki, 500-ə yaxın ölən erməni hərbçilərinin cəsədində şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi davam edir, tanınması çətin olan cəsədlərin müəyyənləşdirməsi üçün isə DNT testləri istifadə olunur.