Sami Yusif Qarabağla bağlı paylaşım etdi FOTO+VİDEO

5 Dekabr 2020 12:30 (UTC+04:00)

Dünyaca məşhur müğənni Sami Yusif Qarabağla bağlı paylaşım edib. SİA-nın məlumatına görə, sənətçi Əməkdar artist Təyyar Bayramovla duet şəklində səsləndirdiyi "Şəki Xan sarayı" ifasını yayımlayıb.

S.Yusif paylaşımına "Bir gün bu cür performansı Qarabağda hazırlayacağıma ümid edirəm" sözlərini yazıb.