DİN-nin şəhid baş leytenantı Kamran Kazımov

5 Dekabr 2020 11:15 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş leytenantı Kamran Kazımov Vətən Müharibəsinin şəhidlərindəndir. Nazirlikdən SİA-ya verilən məlumata görə, 30 yaşlı K.Kazımov Rusiyanın Voloqda vilayətində doğulub. O, oktyabrın 5-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Evli idi, 2 övladı var.